Şimali Koreya may ayından bəri beşinci dəfə Cənubi Koreyaya zibillə dolu hava göndərib.
Sitat.info xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı verdiyi açıqlamada, zibillə doldurulmuş təxminən 350 şardan 100-nün paytaxt Seul və Gyeonggi şəhərinə düşdüyünü qeyd edib.
Bəyanatda Şimali Koreyanın təşəbbüslərinə cavab olaraq səsucaldanlar vasitəsilə təbliğat aparmağa hazır olduqları və bu cür psixoloji müharibənin həyata keçirilməsinin Şimali Koreyanın hərəkətlərindən asılı olacağı barədə xəbərdarlıq edilib.
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq cümə günü verdiyi açıqlamada cənubun təbliğatına qarşı zibillə dolu daha çox şar göndərəcəkləri barədə xəbərdarlıq edib.
Şimali Koreya Cənuba daha 350 zibil balonu göndərib.
Şimal tərəfinin mayın 28-dən etibarən Cənuba təxminən 2 min zibil balonu göndərdiyi bildirilir.
Cənubi Koreya ordusu isə Şimali Koreya ilə "zibil balonu gərginliyi" davam edərkən, Pxenyan administrasiyasının "təbliğat yayımları üçün" sərhədə səsgücləndiricilər yerləşdirməyə başladığını bildirib.
İki ölkə arasında gərginliyə səbəb olan hava şarlarının göndərilməsi Şimali Koreya tərəfindən “ifadə azadlığı” kimi qiymətləndirilib və Cənubi Koreya bu bəyanatı pisləyib.
Nərgiz,
Sitat.info