İranda 14-cü dövr prezident seçkilərinin növbəti debatı keçirilib.
Sitat.info xəbər verir ki, debatda prezidentliyə mühafizəkar namizəd Əmir Hüseyn Qazizadə Haşimi keçmiş prezident Həsən Ruhaninin dövründə İran – Azərbaycan münasibətlərinə toxunub.
O bildirib ki, Həsən Ruhani hakimiyyətinin son illərində Azərbaycanla əlaqələr kəskinləşmişdi.
O, İbrahim Rəisi və onun xarici işlər naziri Əmir Hüseyn Abdullahianın vəziyyəti dəyişdirdikləri və münasibətlərdə normallaşma yaratdıqlarını söyləyib.