Türkiyədə zəlzələ baş verib

09:34 26 İyun 2024

Türkiyənin Bingöl şəhərində 4 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 11,12 km dərinlikdə yerləşib.

Zəlzələ Bakı vaxtı ilə saat 08:42-də qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.



Xəbər xətti