Prezident seçkilərinə görə jurnalistə cinayət işi açıldı

12:25 26 İyun 2024

Jurnalist və ictimai fəal Məhəmməd Parsiyə qarşı İranda keçiriləcək prezident seçkiləri ilə bağlı paylaşımına görə cinayət işi açılıb.

Sitat.info xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

O, Tehran Prokurorluğunun barəsində şikayət etdiyi və bununla bağlı məhkəməyə çağırıldığını deyib.

Jurnalist prezidentliyə namizədlərlə bağlı tənqidi yazı və paylaşımlarına görə, “kiberməkanda yalan məlumatlar yaymaq”da günahlandırıldığını bildirib.



Xəbər xətti