Ermənistanın bu qərarından məmnunuq

14:27 26 İyun 2024

Türkiyə Ermənistanın Fələstin dövlətinin müstəqilliyini tanımasına dair qərarından məmnundur.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AK Partiyanın məclis toplantısında çıxışı zamanı bildirib.

“Paşinyanın liderliyində Ermənistanın da Fələstin dövlətini tanımaq qərarından məmnunluq duyuruq”, - deyə Prezident vurğulayıb.



Xəbər xətti