Avropa Şurasına yeni baş katib seçildi

15:52 26 İyun 2024

İsveçrənin keçmiş prezidenti Alen Berset Avropa Şurasının yeni baş katibi seçilib.

Sitat.info xəbər verir ki, bu barədə "Frans-Press" agentliyi məlumat yayıb.

Məlumata görə, 52 yaşlı Bersenin mandatı sentyabrın 18-də başlayacaq. O, Xorvatiya təmsilçisi Mariya Peyçinoviç-Buriçi əvəz edəcək.

Qeyd edək ki, Berse 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək İsveçrənin prezidenti vəzifəsində olub.



Xəbər xətti