Təhsil işçiləri İrandakı prezident seçkilərini boykota çağırdı

16:57 26 İyun 2024

İranlı müəllimlər və təhsil işçiləri növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıblar.

Sitat indi Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Təhsil İşçilərinin Həmkarlar İttifaqı Təşkilatlarının Əlaqələndirmə Şurasının məlumatında deyilir.

Bəyanatda müəllimlər 14-cü prezident seçkilərində iştirak etməyəcəklərini bildiriblər.

Seçkilərin millətin iradəsini əks etdirmədiyini, bunun ölkədəki vəziyyətin dəyişməsinə heç bir təsir göstərməyəcəyini deyən müəllimlər vətəndaşları seçkiləri boykot etməyə çağırıblar.

Qeyd edək ki, 3 gün əvvəl də 520 müəllim açıq məktub yazaraq, seçkiləri boykot etdiklərini bildiriblər.



Xəbər xətti