İsrail indi də bu ölkəni hədəf seçib – Ərdoğan

18:15 26 İyun 2024

Netanyahunun Qərbin göz yumduğu bölgəmizə müharibə yaymaq planları böyük fəlakətlə nəticələnəcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İslam dünyası və Yaxın Şərqdəki qardaş ölkələr bu qanlı planlara fəal şəkildə cavab verməlidirlər. Görünür, Qəzza zolağını yerlə-yeksan edən İsrail indi də Livanı hədəfə alıb. Qərb güclərinin bunda ona dəstək verdiyini görürük. Azadlıqdan, insan haqlarından, ədalətdən danışan dövlətlərin kölə olduğunu görmək son dərəcə çətindir”, - prezident bildirib.



Xəbər xətti