İsrail ordusu Livanın cənubuna "fosfor bombaları" ilə hücum edib

17:24 26 İyun 2024

İsrail ordusunun Livanın cənubundakı əl-Xiam qəsəbəsinə "fosfor bombaları" ilə hücum təşkil etdiyi bildirilib.

Sitat.info xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın xəbərində İsrail ordusunun artilleriya bölmələrinin Kəfr Kila bölgəsindəki əl-Adisə qəsəbəsinin ətrafını bombaladığı bildirilib.

Xəbərdə İsrail qüvvələrinin əl-Xiam qəsəbəsindəki Mətal əl-Cəbel bölgəsini fosfor bombaları ilə hədəfə aldığı bildirilib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti