İsrail əsgərləri 17 fələstinlinin evini dağıdıb

17:29 26 İyun 2024

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 16 evi, Şərqi Qüdsdə isə 1 evi "icazəsiz tikildiklərini" iddia edərək dağıdıb.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, Yerixoda 4, Ramallahda 1, Hebronda 11 və Şərqi Qüdsdə 1 ev İsrail qüvvələri tərəfindən dağıdılıb.

İsrailin Kefr Kara şəhərində fələstinlilərin yaşadığı evin də İsrail qüvvələri tərəfindən dağıdıldığı bildirilib.

İsrail qüvvələrinin sözügedən söküntüləri fələstinlilərə məxsus bu evlərin "lisenziyasız tikildiyi" əsası ilə həyata keçirdiyi bildirilib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti