Qəzza hökuməti: İstehlak müddəti keçmiş yeməklər nəticəsində zəhərlənmə halları olub

17:31 26 İyun 2024

Qəzza zolağında ciddi ərzaq qıtlığı yaşandığı üçün vaxtı keçmiş konserv yeyən fələstinlilər arasında zəhərlənmə hallarına rast gəlinib.

Sitat.info xəbər verir ki, Qəzzadakı Fələstin hökumətindən verilən açıqlamada deyilir ki, Qəzza xalqının saxlama müddəti ötmüş konservləri yeməsi çox sayda insanın zəhərlənməsinə səbəb olub:

"Qəzza zolağında aclıq və yoluxucu xəstəliklər xüsusilə uşaqlara daha çox təsir edir”.

Açıqlamada İsrailin sistemli şəkildə aclıq siyasəti həyata keçirdiyi və Qəzzada mülki vətəndaşların müalicə almasına mane olduğu vurğulanıb.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti