Patiaşvili Azərbaycan ordusunun gücündən danışdı

19:12 26 İyun 2024

Azərbaycan ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir. Çünki bizim dərin dostluq və strateji əməkdaşlığımız var.

Sitat.info Report-a istinadla xəbər verir ki, bu fikirləri Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili bildirib.

Nazir müavini bu əməkdaşlığın xüsusilə hərbi sahədə çox yüksək səviyyədə olduğunu deyib:

"Həm Azərbaycanla ikitərəfli, həm də Türkiyə ilə üçtərəfli formatda səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlığımız tək bizim ölkələrimiz üçün deyil, ümumilikdə regionda sülh və sabitliyin bərqərar olunmasında mühüm əhəmiyyət kəsb edir".



Xəbər xətti