Rusiya Davidyana görə Avstriyaya cavab verdi

19:45 26 İyun 2024

Rusiya Vyananın TASS-ın müxbiri Arina Davidyanın akkreditasiyasını ləğv etməsinə cavab olaraq Avstriyanın ORF kanalının müxbiri Karol Şnayderi ölkədən çıxarır.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

“İyunun 26-da Avstriyanın ORF teleradio şirkətinin Moskva bürosunun baş müxbiri Karol Şnayder Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona akkreditasiya sertifikatını təhvil vermək və yaxın vaxtlarda Rusiya ərazisini tərk etmək əmri verilib”, - məlumatda qeyd olunub.



Xəbər xətti