Rusiyaya qarşı şok plan: Kremldə çevriliş, silsilə qətllər...

16:35 27 İyun 2024

Xaricdə yaşayan rusiyalı keçmiş deputatlar Rusiyada qətllər və vəziyyətin güc yolu gərginləşdirilməsi məqsədilə terror planı hazırlayırlar.

Sitat.info xəbər verir ki, bu barədə Britaniyanın “Tayms” nəşri yazıb.

“Keçmiş rusiyalı deputatlar NATO-nu Rusiya hakimiyyət sistemindəki şəxslərə qarşı qətllər kampaniyasını dəstəkləməyə çağırıblar. Mühacirətdə olan 60-dan çox siyasətçi Kremldə çevrilişlə bağlı 7 bəndlik planı müzakirə etmək üçün bu həftə Varşavada toplanıb”, - nəşr bildirib.

Qəzetin yazdığına görə, plana Qərbin Ukraynaya daha çox silah verməsi, Rusiyaya qarşı daha çox sanksiyaların tətbiqi və ölkə daxilində sabitliyi pozan hərəkətləri, o cümlədən hökumət nümayəndələrinin qətli və onları güc yolu ilə dəyişdirmək cəhdləri kimi cinayət əməllərini dəstəkləmək çağırışları daxildir:

“Təklif gələn ayın əvvəlində Vaşinqtonda keçiriləcək NATO-nun 75-ci sammitində təqdim olunacaq”.

“Tayms” iddia edib ki, sözügedən planın arxasında Rusiyanın Azadlığı Legionu və Milli Respublika Ordusu kimi təşkilatlarla əlaqəli olan keçmiş deputatlar, o cümlədən İlya Ponomaryov dayanır.



Xəbər xətti