Köhnə maşına görə dövlətdən elə rəqəm tələb edirlər ki...

17:20 27 İyun 2024

Köhnə avtobillərin texniki parametrləri tələblərə uyğun gəlmirsə, texniki baxışdan keçirilməsi mümkün olmayacaq, belə olduqda da sürücü həmin avtomobili sürə bilməyəcək, sürsə, hər dəfə cərimə olunacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Elməddin Muradlı köhnə avtomobillərin utilizasiyası prosesinə başlanılması haqda danışarkən deyib.

“Köhnə maşınların utilizasiyası ilə bağlı məsələ uzun müddətdir müzakirə olunur. Proses, əslində, hazırda könüllülük prinsipi nəticəsində həyata keçirilir. Amma hesab edirəm ki, bu, gələcəkdə inzibati metodlarla tənzimlənəcək. Nəzərə almaq lazımdır ki, bu cür məsələlər könüllülük prinsipi ilə həyata keçsə, effektivlik az olacaq. İnsanlar köhnə maşınlarından əl çəkmək istəmir. Onların bu işə marağı, istəyi nə qədərdir, bunu zamanla gördük. Araşdırmalarda məlum olur ki, insanlar köhnə avtomobillərini utilizasiyaya vermək üçün bazar qiymətindən daha çox pul tələb edirlər. Utilizasiya elə bir prosesdir ki, burada insanların mənəvi yanaşması da vacibdir.

Köhnə avtomobillər, əlbəttə, təhlükəlidir. Birləşmiş Millətlər Təşkilatının araşdırmasına görə, dünyada ətraf mühitin çirklənməsində 60 faizdən yuxarı göstərici avtomobil nəqliyyatının üzərinə düşür. Bakı şəhərində bu göstərici isə 80 faizdir“, - E.Muradlı bildirib.



Xəbər xətti