İrəvan hesab edir ki, Ankara ilə diplomatik əlaqələr qurmağın, üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün birgə sərhədin açılmasının vaxtı çatıb.
Sitat.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyə ilə münasibətlərin mərhələli şəkildə tənzimlənməsi, üçüncü ölkələrin vətəndaşları, eləcə də diplomatik pasportu olanlar üçün sərhədlərin açılması barədə razılaşmalarımız var. Onları yerlərdə həyata keçirmək vaxtı yetişib”, - o bildirib.
//Axar.az