855-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

20:30 27 İyun 2024

Rusiya müharibənin 855-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 615 təyyarəsi, 276 helikopteri, 26 704 PUA-sı, 533 zenit-raket kompleksi, 16 439 tank və digər zirehli texnikası, 1 356 reaktiv yaylım atəş sistemi, 10 963 artilleriya və minaatanı, 23 008 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti