Peruda güclü zəlzələ baş verib

11:53 28 İyun 2024

Bu gün Perunun mərkəzi sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bəzi sahil xətlərində sunami təhlükəsi yaranıb.

Sitat.info xarici KİV-ə istinadla xəbər verir ki, zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 250 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 56 kilometr dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat verilmir.



Xəbər xətti