ÇAXAL şimalda əməliyyata başladı

13:58 28 İyun 2024

İsrail ordusu Qəzzanın şimalındakı Şücayyə bölgəsində HƏMAS-a qarşı əməliyyata başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“Kəşfiyyat Qəzza zolağının şimalındakı Şücayyə bölgəsində terrorçuların və terror obyektlərinin olduğu barədə məlumat verdikdən sonra qoşunlar həm yerin üstündə, həm də tunellərdə əməliyyatlara başlayıb. Gecə saatlarında qoşunlar bölgədə məqsədyönlü reydlər keçirib. Qoşunların əməliyyatı ilə eyni vaxtda aviasiya HƏMAS-ın onlarla terrorçu hədəfinə zərbələr endirib”, - məlumatda qeyd olunub.



Xəbər xətti