Finlandiya Ukraynaya hərbi yardım göndərir

16:15 28 İyun 2024

Finlandiya Ukraynaya 159 milyon avro dəyərində 24-cü hərbi yardım paketi göndərir. 2022-ci ilin fevralından bu yana yardımın ümumi həcmi 2,2 milyard avro təşkil edir.

Sitat.info xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, yardımın təhlükəsiz çatdırılmasını təmin etmək üçün onun dəqiq məzmunu, üsulları və çatdırılma vaxtı açıqlanmır.



Xəbər xətti