Gürcüstan, Moldova və Serbiya (AB-yə namizəd ölkələr) Rusiya Federasiyasının dondurulmuş aktivlərindən gəlirlərin Kiyevə köçürülməsi qərarına qoşulmayıb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell deyib.
Bunun nəticəsində AB sammiti Rusiyanın aktivlərindən əldə edilən gəlirdən istifadə edərək G7-nin Ukraynaya 50 milyard dollar kredit ayırması mexanizmi ilə bağlı razılığa gələ bilməyib.