"Ukrayna dörd il ərzində 60 milyard dollar alacaq" - Denis Şmiqal

17:20 28 İyun 2024

Ukrayna artıq müttəfiqləri ilə, xüsusilə də Avropa İttifaqı və ABŞ ilə 20 təhlükəsizlik sazişi imzalayıb.

Növbəti dörd il ərzində beynəlxalq tərəfdaşlar Ukraynaya  ümumi hərbi dəstək üçün 60 milyard dollar ayırmağı planlaşdırır.

Sitat.info xəbər verir ki, baş nazir Denis Şmiqal hökumətin iclası zamanı bildirib ki, Ukrayna artıq müttəfiqləri ilə, xüsusilə də Avropa İttifaqı və ABŞ ilə 20 təhlükəsizlik sazişi imzalayıb.

"Bu, müdafiə sahəsində əməkdaşlıq üçün yeni imkanlar açan və sülh dövründə gələcək təhlükəsizliyimiz üçün əsas yaradan unikal prosesdir", - Nazirlər Kabinetinin rəhbəri bildirib.
Bundan əlavə, baş nazir qeyd edib ki, Ukrayna bu il Qərbdə dondurulmuş Rusiyanın aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə müttəfiqlərindən əlavə 50 milyard dollar alacaq. Onun sözlərinə görə, müvafiq qərar G7 sammitində qəbul edilib.

Türkan,

Sitat.info



Xəbər xətti