"Danışıqların nə zaman başlayacağına Ukrayna qərar verəcək" - Zelenski sülh planından danışdı...

17:26 28 İyun 2024

Zelenski Rusiya Federasiyası ilə danışıqlara dair açıqlama verib və müharibəni bitirmək planı barədə vəd verib

Ukayna Prezidenti Vladimir Zelenski işğalçı ölkə - Rusiya Federasiyası ilə danışıqların nə vaxt başlayacağına Ukraynanın qərar verəcəyini vurğulayıb.

Sitat.info  UNİAN-a istinadən  xəbər verir ki, o, bu barədə Kiyevdə Sloveniya prezidenti Nataşa Pirc Musarla birgə mətbuat konfransında bildirib.

“Əlbəttə, Ukrayna qərar verəcək, amma  kas ki, hər şey yalnız Ukraynadan asılı olsaydı... Təəssüf ki, işğalçı Rusiyadır və hələlik o, müharibəni bitirmək istəmir”.

Zelenski qeyd edib ki, Ukrayna müharibənin qurbanı olduğu üçün təşəbbüsü öz üzərinə götürüb və diplomatik yol seçib: "Sülh sammiti keçdi. İndi biz üç müfəssəl plan üzərində işləyirik: enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və əsirlərin mübadiləsi. Mən əminəm ki, biz bu məsələləri həll edəcəyik. Ən azından ətraflı plan hazırlayacağıq. Bu, yaxın gələcəkdə olacaq, bütün tərəfdaşlarımızın qarşısında müzakirə olunacaq Sülh Formulasının bütün digər bəndləri üçün hərtərəfli plan hazırlayacağıq”. 

Nərgiz,

Sitat.info



Xəbər xətti