Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq

18:45 28 İyun 2024

Qısamüddətli geomaqnit qasırğası gözlənilir.

Bu barədə Sitat.info-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə, demək olar, təsiri olmayan C sinif alışmalar olub:

"Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır".

Vurğulanıb ki, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, iyunun 28-29-da qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq:

"Geomaqnit aktivliyi göstərən Kp əmsalı iyunun 29-da sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10:00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək".



Xəbər xətti