Qəzza hökuməti: Qəzzanın şimalına edilən şübhəli çağırışlardan çəkinin

18:16 28 İyun 2024

Qəzza hökuməti sosial mediada İsrail ordusunun fələstinliləri "Qəzza şəhərində və şimal bölgələrindəki evlərinə qayıtmağa" çağırması ilə bağlı bəyanatlarla bağlı xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, Qəzza hökumətinin Media Bürosu Qəzza şəhəri və şimal bölgələrində fələstinlilərin evlərinə qayıtması ilə bağlı yayılan xəbərlərlə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, İsrailin Rəşid küçəsində qurduğu hərbi nəzarət məntəqəsindən Qəzza zolağının şimalındakı sakinləri evlərinə qayıtmağa çağıran şübhəli bəyanatlardan Fələstin xalqımızı xəbərdar edirik.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti