İranda seçki qutularını daşıyan maşına hücum

10:22 29 İyun 2024

Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar.

Sitat.info “Tasnim”ə istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin 2 işçisi həlak olub.

Məlumata görə, hadisə zamanı daha 5 nəfər yaralanıb.

Qeyd edək ki, İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.



Xəbər xətti