Ukrayna PUA-sı yaşayış binasını vurdu

12:25 29 İyun 2024

Ötən gecə Ukraynaya məxsus PUA Kursk vilayətindəki yaşayış binasını vurub.

Sitat.info xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov Teleqram kanalında yazıb.

“Bu gecə Ukraynaya məxsus PUA Rılsk rayonunun Qorodişe kəndindəki yaşayış binasına hücum edib. Böyük kədər hissi ilə deyirəm ki, hücum nəticəsində ikisi azyaşlı olmaqla, 5 nəfər ölüb. İki nəfər isə Rılsk Rayon Xəstəxanasına aparılıb”, - qubernator vurğulayıb.



Xəbər xətti