Ərdoğan Berdiməhəmmədovla danışdı

15:40 29 İyun 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Türkmənistan arasındakı əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan eyni zamanda, iki ölkə arasında əlaqələrin hər sahədə və çoxtərəfli platformalarda davam etdiriləcəyinə inandığını bildirib.

Sonda Türkiyə lideri Berdiməhəmmədovu doğum günü münasibətilə də təbrik edib.



Xəbər xətti