İsrail Livana qarşı psixoloji müharibə aparır.
Sitat.info xəbər verir ki, bu barədə Livan Baş naziri Nəcib Mikati Cənub Hərbi Dairəsinin Tiredəki bazasına səfəri zamanı bildirib.
"Livana qarşı psixoloji müharibə aparılır, İsrail bizi yeni təcavüz təhlükəsi ilə qorxudur. Ona görə də mənim cənuba səfərim Livan ordusu və fədakar əhali ilə həmrəyliyi ifadə etmək məqsədi daşıyır", - deyə bildirilib.