Azərbaycan Ordusunun zabiti, Yardımlı sakini Pərviz Əliqulu oğlu Şərbətov məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən 40 yaşlı hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!