HƏMAS: İsrailin məhbuslardan canlı qalxan kimi istifadə etməsi müharibə cinayətidir

12:11 1 İyul 2024

HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk İsrail ordusunun Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı fələstinli məhbuslardan canlı qalxan kimi istifadə etməsini “tam hüquqlu hərbi cinayət” kimi qiymətləndirib və İsrailin mühakimə olunmasını istəyib.

Sitat.info xəbər verir ki, Rişk bununla bağlı yazılı açıqlama verib.

Bunun bütün müharibə qanunlarının və məhbusların hüquqlarının açıq şəkildə pozulması olduğunu və bütün beynəlxalq konvensiyalara, qanunlara və razılaşmalara məhəl qoymamaq anlamına gəldiyini bildirən Rişk bildirib ki, aclıq da daxil olmaqla, hər cür pozuntunun yer aldığı siyahıya canlı qalxan cinayəti də əlavə edildi. 

Kənan Yusif 

Sitat.info



Xəbər xətti