5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq öldü

14:12 1 İyul 2024

Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.

Sitat.info Report-a istinadən xəbər verir ki, hadisə 10-cu mikrorayonda yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov yaşadığı mənzilin 7-ci mərtəbəsindən yıxılıb.O hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır



Xəbər xətti