Pezeşkianı təbliğ edən kanal bağlandı

17:25 1 İyul 2024

Prezidentliyə namizəd Məsud Pezeşkianı təbliğ edən və onun çıxışlarını yayan İranın məşhur “İslahat nyus” sosial media kanalı bağlanıb.

Sitat.info xəbər verir ki, bu barədə kanalın məsulu Əli Əhmədniya məlumat yayıb.

O bildirib ki, rəhbəri olduğu kanal xəbərdarlıq edilmədən və heç bir səbəb göstərilmədən bağlanılıb:

“Bununla bağlı məhkəməyə müraciət etmişəm. Ancaq hələlik heç bir cavab ala bilmirəm. Ölkənin büdcəsindən maliyyələşən bəzi qurumlar seçki zamanı nəzərdə tutduqları namizədi prezident etmək üçün hər yola əl atırlar”.



Xəbər xətti