Misirdə bina çökdü: ölənlər var

09:21 2 İyul 2024

Misirin mərkəzi hissəsində yerləşən Asyut əyalətində üçmərtəbəli yaşayış binası çöküb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər həlak olub.

Binanın daha 6 sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Əraziyə 10 təcili tibbi yardım briqadası və 5 xilasetmə qrupu cəlb olunub.

Hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.



Xəbər xətti