Ukraynaya hücum uzandıqca Rusiya prezidenti Vladimir Putin bir o qədər inadkar və qorxulu şəxsə çevrilir. Hətta Putinin yaxın ətrafı belə qorxu içindədir və onun verə biləcəyi qərarlardan narahatdırlar. Putin hazırda ətrafının ona xəyanət etdiyini düşünərək, yüksək rütbəli şəxslərdən bir çoxunu həbs etdirib.
Belə ki, Federal Təhlükəsizlik Xidmətinin (FTX) xarici kəşfiyyat bölməsinin rəisi, general-polkovnik Sergey Beseda ev dustaqlığına buraxıldıqdan sonra Moskvanın yüksək rejimli Lefortovo həbsxanasına köçürülüb.
Getdikcə paranoyaklaşan Rusiya liderinin başlatdığı geniş miqyaslı əməliyyatda bir çox FTX məmuru "işğaldan əvvəl Ukraynadakı real vəziyyətlə bağlı Kremlə yalan məlumat ötürmək" iddiası ilə saxlanılıb. Üstəlik, ətrafına qarşı getdikcə inamsızlaşan Putinin planlarını bir çox insanlardan gizlətdiyi və buna görə də Kremlin bir çox məsələlərdə hazırlıqsız yaxalandığı üzə çıxıb.
İşğal gerçəkləşməsə Putin nüvə silahına əl ata bilər
Adının açıqlanmasını istəməyən 10 fərqli mənbə Bloomberg agentliyinə məlumat ötürüb ki, Putin işğalı davam etdirəcək və bu qərar Rusiyanı illərlə təcriddə saxlayacaq, digər ölkələrlə gərginliyə “məhkum edəcək”.
Kreml rəsmiləri xəbərdarlıq edib ki, Rusiya iqtisadiyyatı iflic olur və zəifləyərək qlobal təsirlərdən asılı vəziyyətə düşür.
Kreml təmsilçiləri ən böyük qorxusu isə odur ki, əgər Ukraynaya müdaxilə uğursuz olarsa, Putin düşmənlərinə qarşı nüvə silahından istifadə kimi sərt tədbirlərə əl ata bilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da “indiki mərhələdə” nüvə silahından istifadə etmək fikrində olmadıqlarını bildirərək, bu qorxuların əsassız olmadığını göstərdi.
Nərgiz,
SİTAT.İNFO