Cənubi Koreya altı ildə ilk dəfə sərhəddə atəş açdı

10:24 2 İyul 2024

Cənubi Koreya 6 illik fasilədən sonra Şimali Koreya ilə sərhədə yaxın poliqonlarda atəş təlimlərinə yenidən başlayıb.

Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, təlimlər "K-9" özüyeriyən artilleriya qurğularının iştirakı ilə Kyongido və Kanvondo əyalətlərində keçirilib.

Bundan əvvəl Şimali Koreya yeni növ "Hwasongpho-11Da-4.5" ballistik raketinin sınaq buraxılışını həyata keçirib. Yeni raket 4,5 tonluq döyüş başlığı daşıya bilən taktiki ballistik raketdir.

Qeyd edək ki, 4 iyun tarixində Cənubi Koreya 19 sentyabr 2018-ci ildə imzalanmış gərginliyin azaldılması haqqında sazişin icrasını tamamilə dayandırmaq qərarına gəlib. Bu qərar Şimali Koreyanın zibil dolu şarları yenidən buraxmasından sonra qəbul edilib.



Xəbər xətti