3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

16:40 2 İyul 2024

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən üç siyasi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alınıb.

Sitat.info xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının seçkilərdə səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qərar səsə qoyularaq qəbul edilib.



Xəbər xətti