İyunun 3-də İran hökuməti ABŞ-ın 11 rəsmisinə qarşı insan haqlarını pozduqları, repressiyalar və fələstinliləri dəstəkləyən etirazçılara qarşı kobud davranışlarına görə sanksiya tətbiq edib.
Sitat.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İran İslam Respublikasının bütün qurumları bu sanksiyaların effektiv həyata keçirilməsi üçün lazımi tədbirləri görəcəklər”, - nazirliyin məlumatında bildirilib.
İranın sanksiya tətbiq etdiyi amerikalıların əksəriyyəti təhlükəsizlik və polis qüvvələrində vəzifə tutan şəxslərdir.