İsraildən hava zərbəsi: Hizbullahın bölmə komandiri öldürüldü

12:55 4 İyul 2024

İsraillə Livan arasındakı sərhəd xəttində Sur sahil şəhərində bir avtomobilə hava hücumundan sonra savaş aktiv mərhələyə keçib.

Sitat.info xəbər verir ki, hücumdan sonra açıqlama verən İsrail ordusu Hizbullahın yüksək səviyyəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb. Həyatını itirən Hizbullah komandirinin bölmənin rəhbəri Məhəmməd Nimah Nasser olduğu bildirilib.

Nasirin Livanın cənubundan İsrail ərazisinə qarşı çoxsaylı raket, raket və tank əleyhinə sursat hücumlarına görə məsuliyyət daşıdığı iddia edilib.

Hücumlarla bağlı Hizbullahdan da açıqlama verilib. “Nasirin öldürüldüyü hücumda daha bir Hizbullah üzvü də həyatını itirdi” deyə xəbər paylaşılıb.

Surda Hizbullah komandirinin öldürülməsindən sonra İsrailin şimalında Livan sərhəd xətti boyunca hücum xəbərdarlığı edilib. Livan Hizbullahı tərəfindən İsrailə qarşı 100-dən çox Katyuşa raketi atılıb. İsrail rəsmiləri raket hücumlarında insan itkisinin olmadığını açıqlayıb.

Türkan,

Sitat.info



Xəbər xətti