Ermənistanda azərbaycanlı prezident, deputat ola bilər...

13:38 5 İyul 2024

SSRİ dövründən fərqli olaraq, bu dəfə biz Ermənistanda təşkilatlanacağıq, Ermənistan parlamentində seçkilərdə iştirak edəcəyik, bu parlamentdə türk fraksiyası qurulacaq.

Sitat.info xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında tədqiqatçı alim Yasəmən Qaraqoyunlu deyib.

Tədqiqatçı Qərbi azərbaycanlıların Ermənistanın Ermənistanın siyasi və ictimai həyatında aktiv rol oynbamalı olduqlarını qeyd edib:

“Ermənistan hökumətində prioritet əsaslarla iştirak etməli, dövlətin idarə edilməsində, quruculuğunda, hətta Ermənistanda prezident seçkilərinə oranın vətəndaşı kimi qatılmalıyıq. Yəni, bəli, ermənilərlə bərabər yaşaya bilərik. Lakin Ermənistana qayıdıb, orada yaşadıqda təhlükəsizliyimizə təminat verəcək bir neçə qarantor dövlət olmalıdır”.

“Fikrimcə, Ermənistan vətəndaşı olan azərbaycanlılar Ermənistana qayıtdıqdan sonra onların təhlükəsizliyinin qorunması üçün sülh müqaviləsi imzalanarkən Türkiyə, Azərbaycan və Ermənistan arasında həm də bu müqavilə bağlanılmalıdır ki, Türkiyə və Azərbaycan Ermənistandakı azərbaycanlıların təhlükəsizliyinin qarantor dövlətləri olmalıdır. Bu şəkildə biz ora qayıda, ermənilərlə bərabər yaşaya bilərik”, – Y.Qaraqoyunlu bildirib.



Xəbər xətti