Simonyan: Top Azərbaycandadır

15:40 5 İyul 2024

Sülh müqaviləsinin imzalanmasında Ermənistan tərəfindən heç bir gecikmə yoxdur.

Sitat.info xəbər verir ki, bu barədə iyulun 5-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistan parlamentinin sədri Alen Simonyanın deyib.

“Biz bunu imzalamağa hazırıq, deyə bilərik ki, top Azərbaycan tərəfdədir”, - bildirib.

Demarkasiya komissiyalarının reqlamentinə dair razılaşmaya gəlincə, o qeyd edib ki, proses davam edir:

“Ümid edirik ki, uğur qazanacağıq”.



Xəbər xətti