Putin "Azovstal"a hücumu niyə dayandırıb? - İşğalçının beynindən keçənlər

20:48 21 Aprel 2022

BBC-nin icmalçısı Pol Adams Rusiya prezidenti Vladimir Putinin Mariupol şəhərində yerləşən "Azovstal" zavoduna rus ordusunun hücumunu ləğv etməsini izah edib.

Musavat.com UNİAN-a istinadla xəbər verir ki, o, bu qərarın üç mümkün səbəbini göstərib.

BBC-nin məlumatına görə, Mariupol uğrunda gedən döyüşlər həyati əhəmiyyətli resursları tükəndirmək və daha geniş məqsədlərə nail olmaq üçün istifadə edilə biləcək rus qoşunlarının imkanlarını məhdudlaşdırırdı. Amma Putin “Azovstal” zavodunu blokadaya almağa davam edərsə, tabeliyində olan əhəmiyyətli qüvvələrin əl-qolunu bağlamış olacaq.

Putinin qərarında iqtisadi komponent də var. Pol Adamsın sözlərinə görə, “Azovstal” Avropanın ən böyük metallurgiya zavodlarından biridir. Həftələrlə davam edən dəhşətli dağıntılardan sonra belə Moskva burada dəyərli bir şeyin xilasına ümid edə bilər.

Son versiya kimi Putinin zavoda hücumu dayandırmaqla Ukrayna ilə diplomatik təmasları itirməməyə hesabladığı səslənir.

Xatırladaq ki, aprelin 21-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyquya “Azovstal”a hücumu lazımsız olduğu üçün ləğvini əmr etmişdi.

  •  



Xəbər xətti