Dəmiralla bağlı qərar verənin milliyyəti… - Ekspert

17:30 5 İyul 2024

Bu qərarın doğru olmadığını düşünürəm. İlk olaraq xəbərdarlıq, yaxud şərti cəza tətbiq edilə bilərdi. Ən pis halda bir matç qadağası mümkün idi.

Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev Türkiyə millisinin futbolçusu Merih Dəmiralın UEFA tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirərkən deyib.

“Niyyətdən çox şey asılıdı. Merih açıqlamasında da deyib ki, mən türkəm, türklüyümü bildirirəm. Bəli, qadağan olunmuş işarələr var, amma hələ bilmək olmaz Bozqurd işarəsi ora aiddi, yoxsa yox? Suallar çoxdu. UEFA-nın qərəz nümayiş etdirdiyini hesab edirəm. Bu qərarı qəbul edən komitənin sədri avstriyalı Tomas Partidi. Türkiyənin məhz Avstriyanı yendiyini və hadisənin məhz bu matçda baş verdiyini düşünsək, şübhə ilə yanaşmağa əsasımız var. Hər şey bu qədər asan olmamalıdır”, - Məstəliyev bildirib.

Qeyd edək ki, UEFA Avstriya ilə oyunda Bozqurd işarəsi göstərdiyinə görə Türkiyə yığmasının oyunçusu Melih Dəmirala iki oyunluq cəza verib.



Xəbər xətti