Azər Badamov: "Onun düşüncəsi ora qədərdir"

18:30 5 İyul 2024

"Onun düşüncəsi ora qədərdir. Əsas odur ki, hər yerdə sözümü deyirəm. Kim necə qəbul edirsə, onun öz işidir".

Sitat.info xəbər verir ki, bu sözləri deputat Azər Badamov yazıçı Kəramət Böyükçölün, onun "YouTube"da 16 saat ərzində cəmi bir baxış yığan videosu ilə bağlı paylaşımına cavab olaraq deyib. 

Qeyd edək ki, Kəramət Böyükçöl "Facebook" səhifəsində deputat Azər Badamovun "YouTube" kanalına yerləşdirdiyi seçicilərin problemi ilə bağlı videoya 16 saat ərzində cəmi bir baxış gəlməsi ilə bağlı paylaşım edib. 

"Deputat Azər Badamov 16 saatda izlənmə rekordu qırıb" -deyə ironiya edib.

Türkan 

Sitat.info



Xəbər xətti