General-polkovnik vəzifəsindən AZAD EDİLDİ - Yeni komandan o oldu

20:51 5 İyul 2024

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsindən azad edilib.

Manset.az-ın məlumatına görə, müvafiq sərəncamla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Digər sərəncamla, Vətən Müharibəsi Qəhrəmanı, general Kənan Seyidov həmin vəzifəyə təyin edilib.

Kərəm Mustafayev məlumatı təsdiq edib.




Xəbər xətti