Azərbaycanlı jurnalist Xarkovda atəş altında: Yaxınlığında avtomobil partladı - VİDEO

08:16 22 Aprel 2022

Ukraynanın Xarkov şəhərinə ezam olunan jurnalist Seymur Kazımov şəhərdəki son durumla bağlı sitat.info-ya danışıb.

O bildirib ki, bir neçə dəqiqə öncə Rusiya qoşunları onların olduğu Xarkov şəhərinin tarixi Jukovski qəsəbəsini atəşə tutub.

" Hərbçilərin dediyinə görə, atəş zamanı qadağan edilmiş kasetli bombalardan istifadə edilib. İlkin məlumata görə, ərazidə ölən və yaralananlar var, onların sayı dəqiqləşdirilir. Bütün Xarkov ərazisi müxtəlif intensivliklə atəşə tutulur. Raketlərdən biri ərazidə olan avtomobilə dəyib. Nəticədə avtomobil yanaraq, tam yararsız vəziyyətə düşüb"

Hazırda şəhərdə adam sayı azdır. Yalnız Xarkovun girəcəyində avtomobillərin sıxlığı müşahidə olunur. Şəhərdə çox böyük dağıntılar var. Əsasən də mülki və inzibati binalar dağıdılıb".

**

Seymur Kazımovun verdiyi son məlumata görə, ötən günki partlamada 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bəlli olub.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti