Rusiya Kiyevə hücum etdi: 17 ölü, 56 yaralı...

14:36 8 İyul 2024

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın paytaxt Kiyevə intensiv raket hücumu nəticəsində uşaq xəstəxanasının zədələndiyini bildirib.

Sitat.info xəbər verir ki, Kiyev və Kriviy Riq şəhərinə edilən hücumlarda azı 17 nəfər ölüb, 56 nəfər yaralanıb.

Zelenski sosial media hesabındakı paylaşımında Rusiyanın Ukraynaya intensiv raket hücumu təşkil etdiyini, Kiyevdən başqa Dnepr, Kriviy Riq, Slovyansk və Kramatorsk şəhərlərinin də 40-dan çox müxtəlif raketlə hədəf alındığını bildirib.

Hücumlarda paytaxtdakı evlərə, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib.

Zelenski, bütün təcili yardım maşınlarının hücumlara məruz qalan ərazilərdə növbətçi olduğunu bildirib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko da sosial media hesabında paylaşım edərək, Kiyevdə hava hücumundan müdafiə sisteminin işlədiyini qeyd edərək, Rusiyanın hücumları nəticəsində paytaxtın müxtəlif rayonlarına raket hissələrinin düşdüyünü bildirib. .

Popko paytaxtda baş verən hücumda azı 7 nəfərin öldüyü, 25 nəfərin yaralandığı barədə məlumat paylaşıb.

Digər tərəfdən Kriviy Riq şəhərinin Müdafiə Şurasının sədri Oleksandr Vilkul da sosial media hesabından açıqlama verərək, ilkin məlumatlara görə, raket hücumu nəticəsində 10 nəfərin həyatını itirdiyini, 31 nəfərin isə yaralandığını bildirib. 

Nərgiz,

Sitat.info



Xəbər xətti