Zelenski Ukraynanın itkilərini 550 milyard dollar qiymətləndirib

10:38 22 Aprel 2022

"Müharibə başlayandan indiyə kimi Ukrayna təxminən 550 milyard itirib".

APA  RİA Novostiyə yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

"İlkin hesablamalara görə, Ukrayna dağıntılar nəticəsində 550 milyard itirib", - deyə Ukrayna prezidenti BVF və Dünya Bankının yaz sessiyasının tədbirləri çərçivəsində keçirilən dəyirmi masasında iştirak edərkən deyib.

Onun sözlərinə görə, ölkədə iqtisadiyyatı bərpa etmək üçün ayda 7 milyard dollara qədər ehtiyac var.

Ukraynanın baş naziri Denis Şmıqal öz növbəsində bildirib ki, bu il dövlətin ÜDM-i 30-50% azala bilər. O əlavə edib ki, xüsusi əməliyyat nəticəsində itkilər, ilkin təhlilə görə, 560 milyard dolları ötür.



Xəbər xətti