İranda müəmmalı zəhərlənmə halları: 400 nəfər xəstəxanaya çatdırılıb

14:46 8 İyul 2024

İran mətbuatında yer alan xəbərlərə görə, Gilan vilayətində 10 gündə naməlum səbəbdən 400-ə yaxın adam zəhərlənib.
Sitat.info xəbər verir ki, İranın “İtimad” qəzetinin xəbərinə görə, iyunun 28-dən etibarən Gilan vilayətinin Rizvanşehir rayonunda çoxlu insan ürəkbulanma, baş ağrısı və ürək döyüntüsü kimi şikayətlərlə xəstəxanalara müraciət edib.

Yerli mənbələr zəhərlənmə hallarının çirkab suların içməli suya qarışmasından qaynaqlandığını bildirir.

Gilan Sağlamlıq Elmləri Universitetinin rektoru Məhəmməd Taki Aşubi bildirib ki, zəhərlənməyə səbəb suyun çirklənməsi ola bilər, lakin araşdırmalar davam edir.

Qəzetin adını açıqlamayan mənbənin sözlərinə görə, zəhərlənmə hadisələrinin başlandığı ilk gündən 400 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib və bu prosesdə onların içməli suları yoxlanılıb, lakin hələlik nəticələr açıqlanmayıb. 

Seymur,

Sitat.info



Xəbər xətti