İranın yeni Prezidenti Məsud Pezeşkianın Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkilliyindən istefası iyulun 31-də parlamentin açıq iclasında müzakirə olunacaq.
Sitat.info xəbər verir ki, bu barədə parlamentin idarə heyətinin üzvü Müctəba Yusifi bildirib.
O, Məsud Pezeşkianın prezident seçildiyi üçün parlamet üzvü kimi qalmasının ölkə konstitusiyasına zidd olduğunu deyib.
Qeyd edək ki, Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək, prezident seçilib.